***BİNƏQƏDİDƏ 4 OTAQLI HƏYƏT EVİ***
***KÖÇ YAŞA! TAM TƏMİRLİ,TAM ƏŞYALI***
.
Binəqədi qəs,yeni tikilmiş Araz Mall Ticarət Mərkəzinin arxasında
yerləşən tam təmirli həyət evi satışa çıxarılıb.Ev 3 sot torpaq
sahəsində inşa olunub, 4 otaqdan ibarətdir və geniş planlaşdırmaya malikdir. Həyətdə 4-5 avtomobil üçün rahat parkinq sahəsi mövcuddur. Evin fasadı və hasarın küçəyə baxan hissəsi keyfiyyətli ağlay daşla üzlənib, tikili 5 daş kürsü üzərində inşa olunub.Əsas yoldan cəmi
100 metr məsafədə yerləşən ev həm şəhər mərkəzinə, həm də metro istiqamətinə rahat nəqliyyat əlaqəsinə malikdir. Əraziyə bir neçə marşrut avtobusu fəaliyyət göstərir. Yaxınlıqda məktəblər,iri supermarketlər
və digər vacib infrastruktur obyektləri yerləşir.
.
Həyətyanı sahə xüsusi zövqlə abadlaşdırılıb, müxtəlif dekorativ və
bahalı ağaclar əkilib. Həyətdə əlavə sanitar qovşağı və yay söhbətgahı mövcuddur. Söhbətgah yeni və bahalı mebellərlə təchiz olunub, əlavə
qaz xətti çəkilib, döşəməsi kermoqranitlə örtülüb. Bundan əlavə, söhbətgahın altında 4 tonluq ehtiyat su çəni yerləşir.
.
Ev tam təmirlidir və yaşayış üçün bütün şərait yaradılıb. Kombi istilik sistemi quraşdırılıb, qaz, su və elektrik daimi təmin olunur. Ev telefonu, Wi-Fi internet, domofon sistemi və su filtri mövcuddur.Əmlak bütün əşyaları ilə birlikdə satılır və yeni sahib əlavə xərc çəkmədən dərhal
köçə bilər.
.
Sənədləşmə notarial qaydada alqı-satqı müqaviləsi əsasında keçiriləcəkdir. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
Ofis xidmət haqqı 1% təşkil edir (alıcı tərəfindən).