**NƏRİMANOV METROSUNA 5 DƏQİQƏ MƏSAFƏDƏ GENİŞ 3 OTAQLI STALINKA MƏNZİL**
.
Nərimanov rayonu, Heydər Əliyev prospektində, Saatlı bina və 9 saylı notariusun yaxınlığında yerləşən daş bina (Stalinka) tipli mənzil satışa çıxarılıb.
Mənzil **5 mərtəbəli binanın 2-ci mərtəbəsində** yerləşir.
Qanuni 3 otaqlıdır, ümumi sahəsi 85 kv.m-dir.
Tavan hündürlüyü 3.2 metrdir, yelçəkən (skvoznoy) planlaşdırmaya malikdir, çox işıqlı və havalıdır.
.
Mənzil əşyalı satılır, əksər mebellər yenidir və yaşayışa tam hazır vəziyyətdədir.
Kombi istilik sistemi mövcuddur, qaz, su və işıq daimidir.
Həm yaşayış, həm də investisiya üçün əlverişlidir – rahatlıqla 800–1000 AZN kirayə verilməsi mümkündür.
Lokasiya çox idealdır – Nərimanov metrosuna piyada cəmi 4–5 dəqiqə məsafədədir. Yaxınlıqda məktəb, bağça, market, dayanacaq və poçt yerləşir.
.
Real alıcıya endirim olunacaq.
Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.
Ofis haqqı 1%