Suraxanı rayonu, Əmircan qəsəbəsinin mərkəzi küçəsində yerləşən, 2.5 sot torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 130.5 kv.m olan həyət evi satışa təqdim olunur.
🏡 Ev haqqında:
* 3 yataq otağı
* 1 qonaq otağı
* 1 mətbəx
* 2 sanitar qovşaq (1-i vanna otağı ilə birlikdə)
* Kombi istilik sistemi
* Kondisioner
* Divarların qalınlığı 80 sm
* Evin daxilində və həyətdə ayrıca kladovka
* Padvalı mövcuddur, hazırda istifadə edilmədiyi üçün bağlanıb və istəyə uyğun yenidən açılıb istifadə oluna bilər
* Təhlükəsizlik üçün kamera müşahidə sistemi quraşdırılıb
🌳 Həyəti:
* Söhbətgah
* Meyvə ağacları və üzüm tənəkləri
* Daimi su xətti
* Su quyusu və nasosxana
* Qaz, işıq və su daimi
📍 Yerləşmə üstünlükləri:
* Əmircan qəsəbəsinin mərkəzi küçəsində
* 5 nömrəli uşaq bağçasının yaxınlığında
* 213 nömrəli avtobus evin qarşısından keçir
* Qara Qarayev metrosuna yaxın
* 114, 84 və 97 nömrəli məktəblərin yaxınlığında
* Suraxanı bazarına yaxın
* OBA Market və AL Market yaxın məsafədə
* Mərkəzi küçədə yerləşdiyindən obyekt, mağaza, ofis və digər kommersiya fəaliyyəti üçün əlverişlidir
📄 Sənəd: Kupça
Keyfiyyətli tikilmiş, bütün kommunallarla təmin olunmuş, təhlükəsizlik sistemi quraşdırılmış bu ev həm yaşayış, həm də biznes məqsədli istifadə üçün əla seçimdir. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.