Masazırda Möhtəşəm Həyət Evi Satışda!
Masazır qəsəbəsində, 6 nömrəli məktəbin yaxınlığında yerləşən bu ev həqiqətən də özünə, dosta və qardaşa məsləhət görüləcək bir mülkdür. 6 sot torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, monolit beton və qoşa daşdan tikilmiş evin ümumi sahəsi 203 kv.m-dir.
7 otaqdan ibarət olan ev tam əşyalı satılır. Eyvanından açılan gözəl göl mənzərəsi, həyətindəki meyvə ağacları və füsunkar atmosferi ilə sakit və rahat yaşayış üçün ideal seçimdir. Həyətdə böyük besedka, evə bitişik yay mətbəxi, həmçinin 5-6 avtomobil yerləşə biləcək geniş həyət sahəsi mövcuddur.
Ev yola çox yaxın məsafədə yerləşir, məhəllə tam asfaltlı və sakitdir. Həm daimi yaşayış, həm də bağ evi kimi istifadə üçün əla variantdır.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Bu ev haqqında deyilənlər reklam xarakterli deyil – həqiqətən də dəyərli və keyfiyyətli bir mülkdür.